18 May 2026 / 21:57

25 ildə göbələkdən ev və torpaq aldı

Türkiyənin Konya vilayətində yaşayan 43 yaşlı Sait Alkış 25 ildir “dolaman” göbələyi toplayır.

Tezadlar.az xəbər verir ki, o, bildirib ki, illərdir topladığı göbələklərdən qazandığı gəlirlə avtomobil, ev və hətta torpaq alıb.

25 ildir göbələk toplayan Alkışın sözlərinə görə, digər toplayıcılar gündə ən çox 10 kiloqram göbələk tapa bildiyi halda, o orta hesabla 40 kiloqram məhsul yığa bilir. Bu il isə 4 dostu ilə birlikdə bir gündə 150 kiloqram göbələk topladıqlarını deyib.

2023-cü ildə morel göbələyinin kiloqram qiyməti 1500-1700 TL(55 AZN) arasında dəyişib.

Alkış bildirib ki, təcrübəsi sayəsində yeraltındakı göbələklərin yerini asanlıqla müəyyən edə bilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!