Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ- ın Kaliforniya ştatının San-Dieqo şəhərində İslam Mərkəzində baş verən atışma nəticəsində üç nəfər həlak olub. Tezadlar.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “ABC News” telekanalı məlumat yayıb. Hücum edənlər yeniyetmələr olub, onlar daha sonra özlərini öldürüblər. Həlak olanlardan biri mərkəzin mühafizəçisi olub. Yerli polis nümayəndələrinin sözlərinə görə, o, atışmanın daha ciddi fəsadlarının qarşısının alınmasında “həlledici rol” oynayıb. Polis atışmanın hansı səbəbdən baş verdiyini öyrənməyə çalışır. Şahidlərin sözlərinə görə, yeniyetmələrdə psixi pozuntu və qeyri- adi davranışlar olub.