Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2026 / 18:36

İsrail ordusu beynəlxalq sularda Sumud Donanmasına atəş açıb

Xəbər verildiyi kimi, İsrail ordusu Qəzzaya qarşı blokadanı qırmaq və humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Sumud Donanmasının bəzi qayıqlarına beynəlxalq sularda silahlı hücum edib.

Tezadlar.az xəbər verir ki, Qlobal Sumud Donanması Böhran İdarəetmə Mərkəzindən donanmanın hazırkı vəziyyəti ilə bağlı açıqlama verilib.

Açıqlamada İsrail qüvvələrinin Qəzzaya doğru beynəlxalq sularda üzən “Alcyone” və “Girolama” qayıqlarına “silah tuşladığı və güllə atdığı” bildirilib.

İsrail Ordusunun Qlobal Sumud Donanmasına hücumları

İsrailin Qəzza Zolağını blokadasını pozmaq və həyati əhəmiyyətli humanitar yardım çatdırmaq məqsədi daşıyan Qlobal Sumud Donanması Yaz 2026 Missiyası, 29 aprel gecəsi Yunanıstan ərazi sularından kənarda, Krit sahillərindən bir neçə dəniz mili məsafədə İsrail ordusu tərəfindən qanunsuz müdaxiləyə məruz qalıb.

İsrail ordusu Qəzzadan 600 dəniz mili məsafədə, beynəlxalq sularda təşkil edilən hücumda 177 fəalı saxlayıb və onlara qarşı pis rəftar edib.

18 mayda İsrail ordusu Qəzzaya doğru beynəlxalq sularda üzən 39 ölkədən 426 fəalı daşıyan donanmaya yeni hücum təşkil edib və çoxsaylı fəalı qanunsuz olaraq saxlayıb.

İsrail ordusu 2025-ci ilin avqust ayında Qəzzaya doğru gedən 40-dan çox qayıqda 44-dən çox ölkədən 500-dən çox fəalı daşıyan Qlobal Zirvə Donanmasına qarşı da oxşar hücum həyata keçirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!