Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaxın şərqdə yeni gərginlik ocağı: İsrail hökuməti Qəzza zolağı sahillərinə gedən “Sumud” donanmasının bütün gəmilərinin ələ keçirildiyini, ümumilikdə 430 Fələstin tərəfdarı fəalın saxlanıldığını açıqlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş açıqlamada məlumat verilib. Daha bir piar donanması fəaliyyətini dayandırdı. Bütün 430 fəal İsrail gəmilərinə köçürülüb və İsrailə gedirlər. Orada konsulluq nümayəndələri ilə görüşə biləcəklər”, – açıqlamada deyilir. XİN İsrailin beynəlxalq hüquqa tam uyğun olaraq hərəkət etməyə davam edəcəyini və Qəzza zolağının qanuni dəniz blokadasının pozulmasına icazə verməyəcəyini bildirib. Fələstin rəsmiləri isə hələki baş verənlərə aydınlıq gətirməyib, yaxud şərh verməyib.
Səbuhi