Bu bizik?!
Bilirsiz nə qədər çətindir “Bu bizik” sözlərini yazmaq?! Bəzən sevinirsən, bəzən də xəcalət çəkirsən…Deyirlər öləndə nimdaş paltosunun cibindən çörək qırıntıları tapılıb. Amma o, heç vaxt sınmayıb.!
Sabah məğrur bir qadının, Hacı Zeynalabdin Tağıyevin qızı və onun maarifpərvər və xeyriyyəçi fəaliyyətinin araşdırıcısı və təbliğatçısı, dissident Sara xanım Sarayevanın doğum günüdür. Tərcümeyi halı, hayatı faciələrlə dolu bir filmin mövzusudur. Sara Zeynalabdin qızı Tağıyeva 1899-cu il mayın 20-də Bakıda anadan olub.
O dövrdə milyonçu sözünün dilə gətirmək belə ağır idi. Sara xanım isə dövlətin bütün unstansiyalarına göndərdiyi hər məktubun başlanğıcında “Mən milyonçu .Tağıyevin qızıyam” deyərək atasının parlaq adını bərpa etmək üçün hər şeyi etdi. Bəlkə də bir adamın edə bilməyəcəyindən çox şey etdi. 90 illik ömrünün 40 ilini atasının adının qorunması üçün vəhşi bir sistemlə vuruşdu. Gah, ona Psixoteriya dispanserdə ona şizofreniya diaqnozu qoydular, gah ev verməyib küçələrdə saxladıar, həbsxanaya saldıar…Övladlarına nələr etmədilər..Amma o, yolundan dönmədi. Əslində o, özünə bir şey istəmirdi, tək istəyi bu millətə atalıq etmiş atasına bəraət istəyirdi. Yazmadığı yer, orqan qalmadı…Sara Sarayeva atası və özünün acı taleyi haqqında Sovet rəhbərinə də 18 səhifəlik geniş bir məktub göndərir. Bu məktublar isə saysız hesabsız idi…
Hacı Zeynalabdinin Sona xanımdan olan digər övladları kimi Sara xanım da çox savadlı, ziyalı biri idi. Beş dil bilirdi. Sara xanım atasının təməlini qoyduğu Qızlar Məktəbini bitirdikdən sonra Peterburq Universitetinə daxil olur. Sara xanımın universiteti bitirməsi ilə yanaşı, onun və ailəsinin firavan həyatına da son qoyulur…
Yeni hökumət H.Z.Tağıyevin bütün fabriklərini, neft mədənlərini, balıq vətəgələrini və imarətlərini əlindən alanda o, unudulmaz Abuturab ağanın sözlərini xatırlayır və onun ayaqları altında dəfn olunmasını vəsiyyət edir.
Sara xanım bu vaxt əvvəlcə kitabxanada işləyir, sonra isə zavodda çilingər köməkçisi….Orada Nikolay Sarayev adlı bir şəxs Saraya vurulur ve ailə qururlar. ikinci Dünya Müharibəsinə yollanan Nikolayın tez bir zamanda ölüm xəbəri gəlir. Sara 2 övladı ilə Bakıya qayıdır.
Sara xanım Bakıda qalmağa yer tapa bilmir. Nəticədə, övladlarını uşaqlar evinə verir. Sara xanıma min əziyyətdən sonra öz atasının köhnə evi – hərbi hosbitalın qapısının ağzında yatmağa icazə verirlər.
Əslində Hacı Zeynalabdin Tağıyev Azərbaycan Cümhuriyyətini yaradanlardan biri idi. O olmasaydı, Azərbaycan Cümhuriyyətinin iqtisadi bünövrəsi olmayacaqdı…İqtisadi bünövrəsi olmayacaqdısa deməli respublika da olmayacaqdı..Sizə elə gəlmir ki,Cümhuriyyətin süqutuna səbəblərdən biri də gənc hökumətin Milyonçulrala dil tapa bilməməsi oldu?!
Bolşeviklər Hacının hər şeyini əlinden aldıqdan sonra Hacı Mərdəkandakı bağında yaşamağa başladı. Sona xanım ovaxt xəstə idi. Saranın həyat yoldaşı xaricə getdikdən sonra Sona xanım atası ilə yaşamağa başladı.
1924-cü ildə Hacı Zeynalabdin rəhmətə gedir. Hacını özünün vəsiyyətinə əsasən Bakının tanınmış axundu Molla Abuturabın ayağının altında dəfn edirlər. Bəzi məlumatlara görə, onun istəyinin səbəbi bu cür izah edilir ki, H.Z.Tağıyevin Molla Abuturabla son görüşü zamanı o, Hacının var-dövlətin itirilməsi ilə bağlı sualına cavab olaraq belə demişdir: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox düşün …”.
M.C.Bağırova hərbi komissar bu hadisə haqqında məlumat verir. Bağırov bu qadın haqqında maraqlandıqdan sonra Sara xanımın onun çox yaxşı tanıdığı bir ailədən – Tağıyevlər ailəsindən olduğu məlum olur. M.C.Bağırov Sara xanıma çox kömək edir. Bir neçə dili mükəmməl bilən Sara xanımı Maarif Nazirliyinin Kadrlar şöbəsinə təlimatçı vəzifəsinə təyin edirlər.
Bağırovun ölümündən sonra komissiya qərara alır “Atası milyonçu Tağıyevin maarifpərvərliyindən dissertasiya yazmaq istədiyinə görə institutdan kənar edilsin”
Sara xanım 1957-ci ildə yenə işsiz qalır. Məktublar yazır, amma baxan olmur… O, dərman içmirdi, həkim çağırmırdı, çünki qorxurdu… Onu öldürmək istəyirdilər. Deyirdi: “Mənim atamın nə günahı var? Tağıyev milyonçu olub. Millət üçün bu cür işlər görüb. Mən onlardan yazıram. Bunu sübut etmək istəyirəm…”
Sovet sistemi Sara xanımı güclə ruhi xəstəxanaya belə aparmışdı…
O fond yaratmaq istəyirdi. Özünə qismət olmasa da, qızı Səfiyyə xanım bu fondu yaratdı “Sara Sarayeva adına fond” Sefiyye xanım özü yaxşı yaşamasa da, anasının adını daşıyan fondun xətrinə hamıya kömək edirdi.
Deyilənə görə 1991-ci ildə baş verən vertalyot qəzasından sonra Sara xanım çox sarsılır. Bu hadisə Sara xanıma o qədər təsir edir ki, 1991-ci ildə dekabrın 15-də dünyasını dəyişir. Onun tabutu ilk dəfə laylay eşitdiyi evdən —indiki Tarix Müzeyindən qaldırıldı
Sözardı1 Nə yaxşı ki, iki qabaq Milli Azərbaycan Tarixi Muzeyinin elmi şurasının qərarı ilə «Я – дочь бакинского миллионера Тагиева» (“Mən Bakı milyonçusu Tağıyevin qızıyam”. Bakı: “Azpoliqraf”, 2023, 208 s.) adlı kitab işıq üzü görüb. Kitabın müəllifi muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarovdur. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara Sarayeva-Tağıyevanın həyatına həsr olunmuş kitabda Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli eksponatları (fotoşəkillər, sənədlər) yer alıb və Sara xanımın müxtəlif instansiyalara göndərdiyi məktublar haqqında ətraflı məlumat verilib. Bu kitabı tapıb oxuyun.
Sözardı 2. Sara xanımın ruhu şaddırmı? Düşünürəm ki, yox…Biz hələ də onun və atasının adına layiq işlər görə bilməmişik.. Görmürük…Sara xanım haqqında bu qısa yazıya görə isə onun ruhundan üzr istəyirəm.