Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2026 / 23:36

Postmünaqişə dövrü ilə bağlı vacib görüş keçirildi

Azərbaycan ilə Suriya arasında postmünaqişə dövründə bərpa və inkişaf sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Tezadlar.az xəbər verir ki, bu istiqamətdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Suriyanın İctimai İşlər və Mənzil naziri Mustafa Abdul Razzaq və Dəməşq şəhərinin qubernatoru Mahir Maruan ilə görüşüb.

“Görüşdə mənzil siyasəti şəhərsalma və postmünaqişə dövründə bərpa və inkişaf sahələrində əməkdaşlıq imkanları müzakirə edilib”, – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “X” sosial şəbəkə hesabında paylaşılan məlumatda bildirilib.

A. Quliyevin Böyük Qayıdış Proqramı çərçivəsində Azərbaycanın təcrübəsini Suriya ilə bölüşdüyü də qeyd olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!