Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2026 / 23:54

Xarici ekspert Qarabağla bağlı diqqətçəkən açıqlama verdi

Qarabağ BMT-nin Davamlı İnkişaf Məqsədləri (SDG) də nəzərə alınmaqla qlobal standartlar əsasında bərpaya inteqrasiya edilmiş yanaşmanın nümunəsi olmaq potensialına malikdir.

Tezadlar.az xəbər verir ki, bu barədə Cenevrə Universitetinin dosenti Aleksandr Xecazi Bakıda WUF13 çərçivəsində “Dirçəliş və urbisid: davamlı şəhər inkişafı və dayanıqlı icmalar” mövzusunda keçirilən tədbirdə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, münaqişədən sonra ərazilərin bərpası müasir dayanıqlı inkişaf standartlarının tətbiqi üçün unikal imkan pəncərəsidir.

“Yenidənqurma dayanıqlı prinsipləri sonradan əlavə etmək əvəzinə, onları elə başlanğıcdan formalaşdırmaq üçün nadir imkan yaradır”, – o bildirib.

Xecazi qeyd edib ki, beynəlxalq təcrübə keçmiş bərpa proseslərinin səhvlərini, o cümlədən yerli icmaların prosesə kifayət qədər cəlb edilməməsini nəzərə almağın vacibliyini göstərir.

O vurğulayıb ki, əhalini ərazilərin idarə olunmasına və inkişafına cəlb etmədən uzunmüddətli dayanıqlılıq qeyri-mümkündür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!