Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistanın Baş Qərargah rəisi Asim Munirin İran və ABŞ arasında vasitəçilik etmək üçün Tehrana səfər edəcəyi açıqlanıb.
Tezadlar.az xəbər verir ki, İran Tələbələri Xəbər Agentliyinin (ISNA) məlumatına görə, Munir İran və ABŞ arasında vasitəçilik rolunda davam edən danışıqların bir hissəsi olaraq bu gün paytaxt Tehranda müxtəlif görüşlər keçirəcək.
İran və ABŞ arasında diplomatik prosesdə vasitəçilik edən Pakistanın daxili işlər naziri Möhsün Nəqvi dünən Tehranda danışıqlar aparıb.
Bir həftə ərzində ikinci dəfə Tehrana səfər edən Nəqvi İran prezidenti Məsud Pezeşkian və həmkarı İskəndər Mumin ilə görüşüb.
E.ŞİRİNOV