Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2026 / 18:59

Məhəmməd uld Şeyx əl-Qazuaninin Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik məktubu

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Tezadlar.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin milli bayramı – 28 May Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur,
dost Azərbaycan xalqına yeni-yeni uğurlar və firavanlıq arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri daha da artırmaq niyyətimizi xüsusi vurğulayıram.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!