Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan və Somali arasında enerji sektorunda Birgə İşçi Qrupu yaradılması müzakirə edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə müzakirələr Türkiyədə “İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazovla Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed arasında keçirilən görüşdə aparılıb.
Görüşdə iki ölkə arasında neft və qaz sahələrində mövcud Anlaşma Memorandumunun icrası və Birgə İşçi Qrupunun təşkilindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Somalinin karbohidrogen ehtiyatları, Türkiyənin TPAO şirkəti ilə əməkdaşlığın cari vəziyyəti barədə məlumat verilib. Azərbaycanla potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin Somalidən olan tələbələrin Azərbaycanda neft-qaz ixtisası üzrə təhsil almaları məsələsinə toxunulub.
Söhbət zamanı Somali tərəfi “Bakı Enerji Həftəsi”nə dəvət edilib.
Azərbaycan və Somali arasında enerji sektorunda Birgə İşçi Qrupu yaradılması müzakirə edilib.
Tezadlar.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Türkiyədə “İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed ilə görüşdük. İki ölkə arasında neft-qaz sahələrində imzalanmış Anlaşma Memorandumunun icrası, Birgə İşçi Qrupunun təşkil edilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik, potensial əməkdaşlıq imkanlarını dəyərləndirdik”, – deyə o qeyd edib.