Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aylıq gəliri 1250 laridən çox olan ailələr sosial cəhətdən həssas şəxslərin vahid məlumat bazasından çıxarılacaq. Tezadlar.az xəbər verir ki, bununla bağlı qərarı Gürcüstan hökuməti qəbul edib. Sənədi Baş nazir Irakli Kobakhidze mayın 7-də imzalayıb. Məlumdatda deyilir:“Ölkədə yoxsulluq səviyyəsinin azaldılması və əhalinin sosial müdafiəsinin təkmilləşdirilməsi tədbirləri haqqında” hökumət qərarında bildirilir ki, məlumat bazasında qeydiyyatda olan ailənin əməkhaqqı formasında əldə etdiyi vergiyə cəlb olunan gəlir hesabat ayından əvvəlki son 3 ay ərzində ailənin hər bir üzvünə hesablandıqda aylıq 1250 lariyə bərabər və ya ondan çox olarsa, həmin ailənin sosial-iqtisadi vəziyyəti qiymətləndirilmədən bazadakı qeydiyyatı dayandırılacaq.
Xatırladırıq ki, 1250 lari 800 manata ekvivalentdir! Azərbaycanda isə adambaşına ehtiyac meyarı 300 manatdan götürülür.
Səbuhi