Əsas məzmuna keç

“Ədibin Evi” növbəti hekayə müsabiqəsinə start verir

1 noyabr 2026-cı il tarixindən “Ədibin Evi” Mir Cəlal adına VI Hekayə Müsabiqəsini elan edir. Tezadlar.az xəbər verir ki, 1 mart 2027-ci ilədək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır.

Mir Cəlal adına hekayə müsabiqəsinin şərtləri dəyişməz qalır: 

Təqdim edilən hekayələr Azərbaycan dilində yazılmalı, həcmi 1500 (min beş yüz) sözdən çox olmamalı, yeni olmalı-əvvələr çap və ya elektron şəkildə yayılmamalı, süni intellektdən (Sİ) istifadə edilmədən yazılmalı, müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2027-ci il martın 1-dək elektron şəkildə edibinevi@gmail.com ünvanına göndərilməlidir.

Hekayə mövzusu sərbəstdir.

Müsabiqəyə yekun 2027-ci ilin aprelin sonunda vurulacaq.

1-ci yer üçün 3000 AZN

2-ci yer üçün (2 nəfər) 2000 AZN

3-cü yer üçün (3 nəfər) 1000 manat AZN nəzərdə tutulub.

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur.

SƏBUHİ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…