Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mayın 24-də saat 23:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (1 qadın, 5 kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə tezadlar.az-a TƏBİB-dən bildirilib. Sitat: “Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əzilmiş yaraları, travmatik şok, sol əlin üst səthinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır və orta-ağır qiymətləndirilən 2 nəfərin (kişi və qadın cinsli) müalicəsi Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. 3 nəfərin (hər üçü kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Göstərilən zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1993-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib”.
Qeyd edək ki, bir nəfər həkim yardımınadək ölüb.