Əsas məzmuna keç

İmişlidə ağır yol qəzası: 2 ölü, 4 yaralı

Mayın 24-də saat 23:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (1 qadın, 5 kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə tezadlar.az-a TƏBİB-dən bildirilib. Sitat: “Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əzilmiş yaraları, travmatik şok, sol əlin üst səthinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır və orta-ağır qiymətləndirilən 2 nəfərin (kişi və qadın cinsli) müalicəsi Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. 3 nəfərin (hər üçü kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Göstərilən zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1993-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib”.

Qeyd edək ki, bir nəfər həkim yardımınadək ölüb.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…