Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib. Bu barədə tezadlar.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib. Hacızadə deyib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.
XATIRLATMA: İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu yol qəzası ilə bağlı başsağlığı verib. Belə ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü bildirib ki, Konsulluq İdarəsi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, diplomatın nəşinin göndərilməsi üçün koordinasiya aparılıb. O, bu hadisəyə görə təəssüfləndiklərini qeyd edib. XİN sözçüsü vurğulayıb ki, İran zəruri prosedurların icrası və nəşin göndərilməsi üçün yardım göstərməyə hazırdır.
Ramil İmranov mayın 23-də xidməti fəaliyyətini yerinə yetirərkən Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında avtomobil qəzasında ölüb.