Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2026 / 08:23

“Gürcüstan-Azərbaycan danışıqlarında hər iki tərəfin maraqları bərabər nəzərə alınır”

“Biz Azərbaycan tərəfi ilə danışıqlara iki dövlət arasında standart dialoq kimi deyil, ortaq maraqlar barədə dostcasına söhbət kimi yanaşdıq. Hər yerdə ideal şərtlərimiz var, hər iki tərəfin maraqları bərabər nəzərə alınır, bu, həm qaz və elektrik enerjisinin idxalına, həm də tranzitinə, eləcə də Bakı-Tbilisi-Supsa boru kəmərinin fəaliyyətinə aiddir”.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze mətbuat konfransında deyib. Baş nazirin sözlərinə görə, Azərbaycanla müqavilələrin üç əsas istiqaməti mövcuddur. Bunlara, o cümlədən, Şahdəniz qaz yatağı layihəsi çərçivəsində zəmanətli qaz tədarükü və əlavə iki müqavilə daxildir. O qeyd edib ki, ümumilikdə qaz həcmləri üzrə təminatlar genişləndirilib. Sitat: “Bizim həcmlərlə bağlı möhkəm zəmanətlərimiz var idi və bu zəmanətlər daha da artırılıb. Azərbaycanla danışıqlara iki dövlət arasında standart dialoq kimi deyil, dostcasına ortaq maraqların müzakirəsi kimi yanaşdıq və nəticədə bütün məsələlər üzrə hər iki tərəf üçün optimal həll əldə olundu”.

Baş nazirin sözlərinə görə, razılaşmalar qaz və elektrik enerjisi tranziti, eləcə də Bakı–Tbilisi–Supsa neft kəməri neft kəmərinin fəaliyyəti ilə bağlı məsələləri əhatə edir. Baş nazir vurğulayıb ki, hər bir istiqamətdə tərəflərin maraqları balanslı şəkildə nəzərə alınıb. Kobaxidze əlavə edib ki, Bakı–Tbilisi–Supsa kəməri son üç ildə fəaliyyət göstərmədiyindən Gürcüstan dövləti on milyonlarla dollar potensial gəlirdən məhrum olub. Onun sözlərinə görə, kəmərin fəaliyyətinin bərpası ilə dövlət büdcəsinə yenidən gəlirlər daxil olacaq.

Qeyd: Gürcüstan və Azərbaycan arasında energetika və nəqliyyat sektorunda imzalanmış razılaşmalar paketi iki ölkə arasında elektrik enerjisinin təchizatı və tranzit daşımalarının əsas şərtlərini müəyyən edən 20 illik hökumətlərarası sazişi, həmçinin 2003-cü ildə imzalanmış Azərbaycan qazının alqı-satqısına dair müqavilənin daha 20 il uzadılmasını əhatə edir. Bu isə sosial qaz təminatının təhlükəsizliyinə zəmanət verir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!