26 May 2026 / 08:52

Şadlıq sarayları niyə mərasim evlərinə çevrilir?- TƏƏSSÜF

…Neçə ildir ki, Bakıda məşhur  şadlıq sarayları mərasim evinə çevrilməkdədir… İddia etmirik ki, son illər toylar azalıb, yaxud ölənlərimiz çoxalıb… Bunu sosial sahələr üzrə mütəxəssislər və statistika ekspertləri deyə bilər. Amma faktdır ki, hazırda ailə quran gənclərin orta yaş həddi 30-40 arasıdır. Halbuki 10-15 il əvvəl bu hədd 22-27 olardı.
Nə baş verir? “Təzadlar”ın əməkdaşları bu istiqamətdə araşdırma yazı hazırlayıb, təqdim ediləcək. Hələlik onu qeyd edirik ki, bir vaxtlar Bakının məşhur və reytinqli, bahalı şadlıq sarayı olan “Tural” şadlıq sarayı (Zooparkın qarşısı) uzun illərdir mərasim evinə çevrilib… Bu sırada 8 KM- də yerləşən “Siyaqut” və digər şadlıq sarayları da var…

Siyahı böyükdür və təqdim olunacaq.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!