Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2026 / 11:08

BANM-nin rektoru “Hyperautomation Club” təliminin bağlanış mərasimində – FOTOLAR

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Hyperautomation Club” təlim proqramının bağlanış mərasimində çıxış edib.
Bu barədə rektor Elmar Qasımov sosial media hesabında məlumat verib.
“ABB-nin təşəbbüsü ilə Bakı Ali Neft Məktəbində həyata keçirilən “Hyperautomation Club” təlim proqramının bağlanış mərasimində iştirak etdim.
Tədbirdə çıxış edərək bu cür təşəbbüslərin tələbələrimizin peşəkar inkişafı, innovativ düşüncə bacarıqlarının formalaşması və rəqəmsal transformasiya sahəsində biliklərinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdim. Layihənin həyata keçirilməsinə görə ABB-yə təşəkkür edir, proqram iştirakçılarına uğurlar arzulayıram”, – deyə rektor qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!