27 May 2026 / 21:30

Sağlam mühit, uğurlu nəticələr, innovativ yanaşmalar onun fəaliyyətinin göstəricisidir

Təhsil bir cəmiyyətin gələcəyini formalaşdıran ən mühüm sahələrdən biridir. Bu sahədə uzun illər çalışaraq öz zəhməti, biliyi və yenilikçi fəaliyyəti ilə seçilənlərdən biri də Sevil Cavadovadır.

Sevil Cavadova 2002-2006-cı illərdə ADPU-nun Filologiya fakültəsini bakalavr, 2006-2008-ci illərdə BDU-nun Filologiya fakültəsini magistr, 2011-2017-ci illərdə ARTİ-nin doktoranturasını fərqlənmə diplomu ilə bitirib. “X-XI siniflərin ədəbiyyat dərslərində inteqrasiyadan istifadənin imkan və yolları” adlı dissertasiya işini müdafiə edib. S.Cavadova həmçinin 1 monoqrafiya, 21 elmi məqalə, 6 dərslik və metodik vəsait, lüğət və sorğu kitabının, 9-cu və 11-ci sinif üçün “Azərbaycan dili” tədris dili metodik vəsaitinin və Ümumtəhsil məktəblərinin 9-cu sinifləri üçün “Azərbaycan dili” dövlət dili kimi (2016) dərsliyinin müəllifidir. 2009-2016-cı illərdə Azərbaycan Respublikasının Təhsil İnstitutunda böyük elmi işçi kimi fəaliyyət göstərib, 2017-ci ildən etibarən MİQ, 2022-ci ildən etibarən müəllimlərin sertifikasiyasında komissiya sədri kimi, Elm və Təhsil Nazirliyinin dərsliklər üzrə eksperti, T-Networkun “Könüllü müsahib” proqramının aparıcı münsifi kimi fəaliyyət göstərir. Türkiyə, Fransa kimi qabaqcıl təhsil təcrübəsi olan ölkələrdə ixtisasartırma təlimləri keçmişdir. 2015-ci ildə UNİCEF və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunmuş “Potensial məktəb direktorları” kursunu uğurla başa vurub. 2016-cı ildə Səbail rayonu 163 nömrəli tam orta məktəbə direktor təyin edilib. Fəaliyyəti müddətində Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik fondu, YAP Səbail rayonu təşkilatı, Gender Araşdırmaları Mərkəzi, “İnkişaf” elm fondu, “LLL” təhsil cəmiyyəti, BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi kimi peşəkər cəmiyyətlərin fəal üzvü, Səbail Rayonu İcra Hakimiyyətinin YYÇ-nin sədr müavini olub. Səbail Rayonu İcra Hakimiyyətinin (2019), Səbail Rayon Seçki Dairəsinin (2019), Azad Həmkarlar İttifaqının Səbail Rayon Komitəsinin (2018) Fəxri fərmanına layiq görülüb. 2019-cu ildə “Pedaqoji mühazirələr”də “Məktəbdə metodik xidmətin təşkili” üzrə mühazirəsi ilə ölkə birinciliyini qazanaraq elm və təhsil nazirinin diplomuna layiq görülmüşdür. “Təhsildə inkişaf və innovasiyalar” üzrə qrant müsabiqəsində 3 dəfə qalib olub. Eyni zamanda, YAP Nərimanov rayonunun yerli təşkilatının, MSK-nın 18-ci dairəsinin 2-ci məntəqəsinin sədridir. 2023-cü ildə “Heydər Əliyev Məktəbi” adlı partiya məktəbini fərqlənmə diplomu ilə başa vurub. 2023-cü ilin sentyabr ayından etibarən Nərimanov rayonu Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbə direktor təyin olunub. O, direktor vəzifəsinə təyin olunduğu gündən məktəbdə nizam-intizam və daim yenilik yaradır. Bu da məktəb direktorunu təkcə inzibati idarəçi deyil, həm də bir müəllim, psixoloq, təşkilatçı və liderliyindən irəli gəlir. Savadlı, işini bilən direktor həm müəllim heyətini ruhlandırır, həm də valideynlərə iş birliyini gücləndirir. Onun rəhbərliyi ilə məktəbimiz təkcə bir təhsil müəssiəsi deyil, həm də bilik, mədəniyyət və gələcəyə ümid bəxş edən bir ocaq olmuşdur. Məktəbdə yaradılan sağlam mühit, uğurlu nəticələr və innovativ yanaşmalar onun fəaliyyətinin göstəricisidir. Onun səbirlə, mərhəmətlə, sevgi ilə yanaşdığı hər bir şagird – sabahın ziyalısı, həkimi, mühəndisi, sənətkarıdır. S.Cavadovanın pirinspal mövqeyi, humanist yanaşması və pedaqoji liderliyi sayəsində müəllimlər bir ailə kimi birləşmiş, şagirdlər isə əmin və yaradıcı bir mühitdə öz potensiallarını həyata keçirməyə imkan tapmışlar.

S.Cavadova 2024-cü ildə Təhsil İnstitutu ilə birgə keçirilən “Ekoloji tərbiyənin təhsildə rolu” adlı elmi-praktik konfransda çıxış edib və məktəbdə ekoloji istiqamətdə görülən işlərdən danışıb. Elə bu ildə yəni 2024-cü ildə COP29 çərçivəsində keçirilən “Ekoloji tərbiyənin təhsildə rolu” mövzusunda tədbirdə iştirak edib və məktəbdə ekoloji təhsil istiqamətində görülən işlər barədə danışıb. “Pedaqoji mühazirələr” layihəsinin şəhər mərhələsində qaliblərdən biri olub. “Yaradıcı müəllim” müsabiqəsində mükafat qazanan müəllimlər sırasında adı keçir.2019-cu ildə Təhsil Nazirliyinin (indiki Elm və Təhsil Nazirliyi) təşkil etdiyi “Pedaqoji mühazirələr” layihəsində irəli sürdüyü metodiki innovasiyalar və təhsil ideyaları ölkə miqyasında yüksək qiymətləndirərək respublika üzrə I yerə layiq görülmüşdür. Hazırda rəhbərlik etdiyi Nərimanov rayonu 212 nömrəli tam orta məktəbdə onun birbaşa təşəbbüsü və dəstəyi ilə şagirdlrin dünya standartlarına uyğun yetişməsi üçün müxtəliv layihələr icra olunur:

STEAM və Rəqəmsal Bacarıqlar:

Məktəbdə şagirdlərin tənqidi təfəkkürünü və mühəndislik bacarıqlarını inkişaf STEAM layihəsində aktif tətbiqində şərait yaradır.

Sosial və Ekoloji Aktivlik:

Şagirdlərin təkcə akademik biliklərə deyil, həm də sosial məsuliyyət hissəsinə yiyələnməsi üçün ekoloji layihələrə, ağaçəkmə kampaniyalarına və fərdi inkişaf seminarlarına xüsusi diqqət yetirir. Sevil Cavadova təhsil menecmenti sahəsində böhranı idarə edən və məktəblərin infrastrukturunu, təhsil keyfiyyətini qısa zamanda inkişaf etdirən rəhbər kimi tanınır.

2025-2026-cı tədris ilindən məktəbimizdə “İnklüziv təhsil” layihəsinə də start verib.

Səma TAĞIZADƏ,

Bakı şəhəri 212 nömrəli tam orta məktəb

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!