Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ dövlət katibi Marko Rubio Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Tezadlar.az xəbər verir ki, təbrik ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilib. Sitat: “Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Son bir il ərzində münasibətlərimizi strateji tərəfdaşlığa yüksəltdik və bu, vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə nəticələndi.
Biz regional infrastrukturun, iqtisadi əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi yolu ilə tərəfdaşlığımızın daha da güclənəcəyinə ümid edirik.
Amerika Birləşmiş Ştatları Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyini alqışlayır və bu səylərdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir. Qarşıdan gələn ildə və sonrakı illərdə tərəfdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik”, – təbrikdə deyilir.