Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2026 / 11:54

Ukrayna Rusiyanın 2 hərbi təyyarəsini və “İsgəndər” raket kompleksini məhv etdi

Ötən gecə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemləri mayın 30-na keçən gecə Rusiyanın Taqanroq şəhərində yerləşən hərbi aerodromuna zərbələri nəticəsində iki Tupolev Tu-142 uzaqmənzilli sualtı qayıq əleyhinə təyyarə məhv edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında məlumat yayıb. Bundan əlavə, Rusiyaya məxsus “İsgəndər” operativ-taktiki raket kompleksi də vurulub.Brovdi əlavə edib ki, əməliyyatın digər nəticələri barədə məlumat daha sonra açıqlanacaq. Həmin gecə Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində neft infrastrukturu obyektləri də dron hücumuna məruz qalıb. Krasnodar diyarındakı neft bazasına da zərbə endirildiyi bildirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!