Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənilməz haldaABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma üzrə əvvəlki təklifə dəyişikliklər edərək daha sərt şərtlər irəli sürüb. Tezadlar.az xatırladır ki, bu barədə “The New York Times” məlumat yayıb. Qəzet yazır ki, Tramp administrasiyası İranla müharibədən sonra mümkün razılaşma layihəsini yenidən nəzərdən keçirib və yenilənmiş təklifi Tehrana göndərib. Məlumata əsasən, ABŞ tərəfi danışıqlarda daha sərt mövqe tutaraq İrana əlavə təzyiq göstərmək və razılaşmanı sürətləndirmək niyyətindədir. Məqalədə qeyd olunur ki, Tramp İranın ABŞ təkliflərinə kifayət qədər sürətli reaksiya vermədiyini hesab edir. Bu səbəbdən Vaşinqtonun təqdim etdiyi yeni çərçivədə əvvəlki layihə ilə müqayisədə daha ciddi tələblərin yer aldığı bildirilir. Lakin yenilənmiş şərtlərin detalları açıqlanmır.
Bununla belə, Trampı əsəbləşdirən səbəb hələki bəlli deyil.