Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyun 2026 / 08:20

Biz siyasətdə varıq: iqtisadiyyatda, istehsalda, biznesdə niyə olmayaq?

…Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2010 və 2025-ci illərdə ölkədə qeydə alınan nikah və doğum saylarının müqayisəli mənzərəsi demoqrafik vəziyyətin qorxunc şəkildə dəyişdiyini göstərir.
2010 cu ildə ölkədə əhali sayı ‐– 9 milyona yaxın olub .
Nikah sayı — 79172
Boşanmaların sayı 9061
Doğulan uşaqların sayı — 165643
Hər min nəfərə görə doğum əmsalı — 18.5
2025 ci ildə əhali sayı — 10 milyon 225 min .
Nikah sayı — 48546
Boşanmaların sayı 20675.
Doğulan uşaqların sayı — 95875
Hər min nəfərə görə doğum əmsalı — 9.4
Bu gün ölkə əhalisinin hədəf sayı ən azı 15 milyon olmalı idi. Ərazimiz, iqtisadi gücümüz, istehsalımız, hədəf siyasətimiz bunu tələb edirdi.
​Uşaq pulu sosial yardım deyil.
​Uşaq pulu əhali artımına təşviq olmalıdır.
​Uşaq pulu sosial, milli, demoqrafik, siyasi tələbdir.
​Uşaq pulu sədəqə deyil, gələcəyə yatırımdır.
​Bəziləri ölkədə əhali artımından niyə qorxur, anlamaq olmur. Qorxurlar ki, ay aman, birdən Rusiyada yaşayan azərbaycanlılar ölkəyə qayıdar, sosial partlayış olar?
Azərbaycan Türkiyə, İran, Rusiya və Orta Asiyanın açar dövlətidir.
​Rusiya: 143 milyon nəfər
​İran: 93 milyon nəfər
​Türkiyə: 87.9 milyon nəfər
​Özbəkistan: 37 milyon nəfər
​Qazaxıstan: 20.8 milyon nəfər
​Tacikistan: 10.8 milyon nəfər
​Türkmənistan: 7.6 milyon nəfər
​Qırğızıstan: 7.3 milyon nəfər
​Bu dörd böyük coğrafi gücün və regionun (Rusiya, İran, Türkiyə və Orta Asiya) ümumi əhalisini birləşdirsək, bu arealda hazırda təxminən 410 milyona yaxın insan yaşayır.
​ Ukrayna və MDB ölkələri var. Biz Çin və Avropanı birləşdirən Orta Dəhlizik. Biz niyə 15 milyon olmayaq?
Bu qədər resurslarla, sərvətlə biz niyə 500 milyonluq coğrafiyanın — bazarın əsas oyunçusu ola bilmirik?
​Əslində, siyasətdə varıq; iqtisadiyyatda, istehsalda, biznesdə isə yoxuq.
Genişlənmək əvəzinə, böyümək əvəzinə, artmaq əvəzinə azalırıq; sərhədi bağlayıb qapanırıq, varlanmaq əvəzinə yoxsullaşırıq.
Şahin Cəfərov
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!