2 İyun 2026 / 11:11

ABŞ şirkəti Azərbaycanın aparıcı enerji resursları ixracatçısı kimi mövqeyini möhkəmləndirməyə hazırdır

ABŞ-nin SLB şirkəti uzunmüddətli perspektivdə Azərbaycanın aparıcı regional enerji resursları ixracatçılarından biri kimi mövqelərinin möhkəmləndirilməsinə yardım etmək niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə SLB-nin coğrafiyalar üzrə icraçı vitse-prezidenti Stiv Qassen 31-ci Bakı Enerji Forumunda bildirib.

O qeyd edib ki, şirkət Azərbaycanın ən böyük enerji layihələrindən biri olan “Şahdəniz” yatağının inkişafında əsas rol oynayıb: “SLB “Şahdəniz”in işlənməsini təmin edən bütün sualtı infrastrukturu – istər layihənin ilkin mərhələlərində, istərsə də onun inkişafının bütün sonrakı mərhələlərində tədarük edib və tədarükə davam edir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!