Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2026 / 15:07

Kitablar səltənətinin inciləri: Əzizə Cəfərzadənin “Cəlaliyyə” romanı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsi uğurla davam edir. Tezadlar.az xəbər verir ki, konsepsiyanın hədəflərinə uyğun olaraq, oxucularımızın mütaliə dünyasını zənginləşdirmək üçün kitabxanamızda həm klassik ədəbiyyatımızın ölməz incilərini, həm də müasir yazıçılarımızın ən yeni və maraqlı əsərlərini tövsiyə edirik. Oxuculara yazıçı, ictimai xadim, ədəbiyyatşünas, filoloq, ilk tarixi romanlar yazan qadın-alim Əzizə Cəfərzadənin 105 illiyi ərəfəsində “Cəlaliyyə” romanından “Dilək günü” fəslindən bir parça təqdim olunur.  Əzizə Cəfərzadə Azərbaycan tarixini bədii dildə tərənnüm edərək  “Natəvan haqqında hekayələr”, “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Yad et məni”, “Bakı 1501”, “Bəla”, “Sabir”, “Eldən-elə”, “Bir səsin faciəsi”, “Zərrintac-Tahirə”, “Eşq sultanı” və bir çox gözəl romanlar yazmışdır. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan yazıçı Əzizə Cəfərzadə eyni zamanda universitet müəllimi kimi fəaliyyət göstərib. “Cəlaliyyə” əsərində XIII əsrin əvvəllərində Naxçıvan hakimi Məlikə Cəlaliyyənin həyatı fonunda dövrün keşməkeşli hadisələri qələmə alınmışdır. Burada Atabəylər dövlətinin ikinci hökmdarı Atabəy Məhəmməd Cahan Pəhləvanın qızı Cəlaliyyənin Vətəni, torpağı uğrunda etdiyi mücadilələrdən, real tarixi şəxsiyyətlərdən söhbət açılır. “Dilək günü” Xalq yazıçısı Əzizə Cəfərzadənin yaradıcılığında “Cəlaliyyə” tarixi povestinin ən önəmli və təsirli fəsillərindən biridir. Yazıçı bu bölümdə yaratdığı bədii lövhə ilə yaddaşlarda elə dərin iz buraxmışdır ki, oxucular çox vaxt bu mövzunu bütöv bir əsər və ya “Dilək günü” adı ilə xatırlayırlar.    Bütün Naxçıvan əhli bilir ki, hər həftənin cümə günü Məlikə Cəlaliyyənin qəbul – yəni “Dilək günü”dür. Hər kəs Naxçıvan qalasının darvazasına gələrək öz dərdini, diləyini Məlikəyə çatdırır. Cəlaliyyə heç kəsi naümid və əliboş qaytarmır. Aydoğmuş adlı gənc sərkərdə izdihama qarışıb bu “Dilək günü”ndə onun hüzuruna gəlir. Öz diləyini deyə bilirmi? Yazıçı Şahzadə İldırım əsərdən maraqlı parça səsləndirərək aşağıdakı keçiddə izləyicilərə təqdim edir:

https://www.youtube.com/watch?v=ubfMYIOtZhA

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!