Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2026 / 17:09

Tramp NATO-nun Ankara sammitinə qatılmağı planlaşdırır

ABŞ Prezidenti Donald Tramp 7–8 iyulda Ankarada keçiriləcək NATO Zirvəsində iştirak etməyi planlaşdırır. Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Sinqapur səfəri çərçivəsində Bloomberg TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan ötən ay Trampla bir neçə dəfə telefon danışığı aparıb və Tramp hər dəfə zirvəyə qatılacağını bildirib. Nazir vurğulayıb ki, siyasi ritorikaya baxmayaraq, ABŞ NATO-ya sadiqliyini qoruyur və alyansdan çıxmağa hazırlaşdığına dair heç bir əlamət yoxdur. O əlavə edib ki, Vaşinqton müttəfiqlərdən müdafiə xərclərini artırmağı tələb edir, Avropa ölkələri isə artıq bu istiqamətdə addımlar atmağa başlayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!