Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Fars körfəzindəki İran limanına doğru hərəkət edən yüksüz neft tankerinin zərərsizləşdirildiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, CENTCOM sosial media hesabında ABŞ qüvvələri tərəfindən saxlanılan yüksüz neft tankeri ilə bağlı açıqlama yayıb.
Açıqlamada beynəlxalq sularda Fars körfəzindəki Hark adasına doğru hərəkət edən Botsvana bayrağı altında üzən “M/T Lexie” neft tankerinə “blokada tədbirləri” tətbiq edildiyi bildirilir.
Açıqlamada gəmidəki heyət üzvlərinin ABŞ qüvvələrinin təlimatlarına əməl etmədiyi və xəbərdarlıqlara məhəl qoymadığı, gəminin mühərrik otağına raket ataraq zərərsizləşdirildiyi və onun İrana çatmasının qarşısının alındığı qeyd olunub.
E.ŞİRİNOV