Əsas məzmuna keç

Ukrayna və Rusiya nümayəndə heyətləri ABŞ vasitəçiliyi ilə görüşəcək

Rusiya və Ukrayna arasında yeni danışıqlar mərhələsi başlayır. ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoff tərəflərin 10-11 noyabr tarixlərində ABŞ vasitəçiliyi ilə Əbu-Dabidə görüşəcəyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, danışıqlarda müharibədən sonrakı təhlükəsizlik tənzimləmələri, gərginliyin azaldılması və humanitar tədbirlər müzakirə olunacaq.

ABŞ-ı Əbu-Dabidə baş danışıqçılar Stiven Uitkoff və Cared Kuşner təmsil edəcək.

ABŞ nümayəndə heyəti bu həftə Brüsseldə Fransa, Almaniya, Böyük Britaniya, Avropa Birliyi və NATO nümayəndələri ilə də görüşəcək.

Rusiya prezidenti Vladimir Putin iki həftə əvvəl Uitkoffla görüşdən sonra üçtərəfli danışıqların yeni mərhələsinə razılıq verib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…