Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2026 / 08:17

“SpaceX” səhmlərini mənfəətlə satmağı planlaşdırır

Amerikanın aerokosmik şirkəti “SpaceX” ilkin kütləvi təklif (IPO) çərçivəsində təxminən 75 milyard dollar investisiya cəlb etməyi planlaşdırır.

Tezadlar.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, şirkət investorlara təxminən 555,6 milyon səhm təklif etməyi planlaşdırır ki, bu da hər səhm üçün təxminən 135 dollar edir. Agentliyin məlumatına görə, bu parametrlərlə “SpaceX”in dəyəri 1,75 trilyon dollara çata bilər. Nəticədə şirkət qlobal fond bazarı tarixində ən böyük təkliflərdən birinə çevriləcək .Şirkət artıq potensial investorlarla bir sıra görüşlər üçün hazırlıqlara başlayıb. Bununla belə, son IPO parametrləri bazar tələbindən asılı olaraq tənzimlənə bilər. Qeyd olunub ki, belə erkən mərhələdə konkret hədəf qiymətini elan etmək qeyri-adi bir addımdır, çünki şirkətlər adətən səhmlərin son qiymətini yerləşdirmədən dərhal əvvəl müəyyən edirlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!