Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2026 / 08:56

Amerikalı pilotun təyyarəsi bir ayda iki dəfə vurulub

ABŞ Hərbi Hava Qüvvələrinin pilotunun olduğu qırıcı İranla əlaqəli əməliyyatlar zamanı 30 gün ərzində iki dəfə vurulub. Tezadlar.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb. Belə ki, mart ayında əməliyyatın əvvəlində təyyarə səhvən Küveytdən gələn qırıcı təyyarə tərəfindən vurulmuşdu. Hadisə nəticəsində “F-15E” təyyarəsi sıradan çıxıb, lakin altı ekipaj üzvünün hamısı katapult edib və xəsarət almayıb. Daha sonra, 3 apreldə yenidən “F-15E” təyyarəsini idarə edən pilotlardan biri İran üzərindəki hava məkanında raket ilə vurulub. Katapult etdikdən sonra hər iki heyət üzvü komandanlıqla əlaqə saxlayıb. Pilot bir neçə saat sonra Amerika qüvvələri tərəfindən tapılıb təxliyə edilib, silah operatoru isə iki gün sonra xilas edilib. İkinci hadisədə pilotun ağır yaralandığı bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!