Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Avropa Parlamenti daxili kompüterlərdə axtarış sistemi kimi “Google”dan imtina edərək Fransa mənşəli “Qwant” axtarış sisteminə keçib.
Tezadlar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Avropa Parlamenti daxili istifadə üçün standart axtarış sistemi olaraq “Google”dan imtina etmək və onun yerinə “Qwant” istifadə etmək barədə qərar qəbul edib. 4 iyundan etibarən əməkdaşlar və deputatlar yeni sistemdən istifadə edəcəklər. Bu barədə Avropa Parlamentinin daxili bildirişində qeyd olunub.
Qərar qurumun rəqəmsal suverenlik və istifadəçi şəxsi məlumatlarının qorunması siyasəti ilə əsaslandırılır.