3 İyun 2026 / 22:59

Azərbaycan millisi Dünya Kubokunda Çexiyanı məğlub etdi

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.

Tezadlar.az-ın məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gəlib.

Görüş Azərbaycan millisinin 14:11 hesablı qələbəsi ilə başa çatıb.

Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub – 13:19.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!