Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2026 / 22:58

Siyasət Əsgərov: Macarıstanla oyunda qələbə bizim üçün önəmlidir

Azərbaycanın futbol üzrə qadınlardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan oyunundan əvvəl fikirlərini bölüşüb.

Tezadlar.az xəbər verir ki, o, matça maksimum hazırlaşdıqlarını bildirib.

Siyasət Əsgərovun sözlərinə görə, onlar üçün Sumqayıtda oynamaq şərəfdir:

“Ümid edirəm ki, tribunada azarkeşləri də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin hansı boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi, bu matçda da irəli xətdəki hər kəsdən qol gözləyirik”.

Qeyd edək ki, Azərbaycan – Macarıstan matçı iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!