5 İyun 2026 / 07:50

“Real” PSJ-nin oyunçusu üçün 150 milyon avro ödəməyə hazırdır

“Real Madrid” PSJ və Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Neveş üçün 150 milyon avro təklif edə bilər.

Bu barədə Tezadlar.az xarici mətbuata istinadən xəbər verir.

Daha əvvəl “Real Madrid”in prezidenti Florentino Peres bildirib ki, o, İngiltərə Premyer Liqasında oynamayan yarımmüdafiəçi və ya hücumçu kimi oynayan oyunçu üçün 150 milyon avro ödəməyə hazırdır.

Neveş ötən mövsüm bütün yarışlarda 38 oyunda meydana çıxıb, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt” portalının məlumatınaa görə, futbolçunun bazar dəyəri 140 milyon avrodur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!