5 İyun 2026 / 08:46

Kubada siyasi hakimiyyət dəyişməlidir!- TRAMP MƏQSƏDİNİ AÇIQLADI

ABŞ rəhbərliyi bunu da etmək istəyir: “Vaşinqton Kuba hökumətini dəyişməyi hədəfləyir və bunu İranla münaqişə bitdikdən dərhal sonra etmək niyyətindədir”. Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Tramp əlavə edib: “Bizim Kuba ilə bağlı çox yaxşı planlarımız var. Düşünürəm ki, çox sərt, çox xoşagəlməz olan bir rejimdən qurtulmalıyıq. Mən hər şeyə addım-addım nail olmağa üstünlük verirəm. Biz İran İslam Respublikası ilə məşğul olacağıq və bu edildikdən sonra, geri qayıdarkən bunu etmək üçün qısa müddətə dayanacağıq. Biz onlara kömək etmək istəyirik”.

Rəsmi Moskva isə dəfələrlədir bəyan edir ki, Kubaya hər bir məqamda dəstək verəcək.

Səbuhi

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!