5 İyun 2026 / 08:27

Alimenti dodaq dolğusuna məsrəf etmə xəstəliyi…- NƏ BAŞ VERİR?

Jurnalist Anar Məmmədov bir maraqlı məsələyə toxunub. O, özünün sosial şəbəkə hesabında yazır: “Dostumun xırda gözəllik salonunun böyük bir nisyə dəftəri var. Dəftərə nəzər yetirəndə gördüm ki, borclar belə qeyd olunub:
“Dodaq dolğusu – 250 manat (alimentdə ödəyəcək)
Plazma – 80 manat (şəhidpulun alanda)
Mezo – 120 manat (sosial alanda)”.
Gələcəkdə uşaqpulu bərpa olunarsa, deyəsən, borcun səbəbi də ona uyğun qeyd olunacaq.
Bir neçə gün əvvəl qətlə yetirilən şəhid xanımının ölümünə səbəb Bərdə rayonundan olan bir tiktokerin olduğu deyilir. İddialara görə, mərhum xanım həmin tiktolerin dəstəkçisi olub, ona hədiyyələr atırmış. Sonradan başqa adama dəstək olub, hədiyyələr atıb. Bundan əsəbləşən bərdəli tiktoker mərhumun qaynatasına zəng edərək gəlininə xoşagəlməz böhtanlar atıb və cinayət baş verib. Bunları yazmaqla qətlə haqq qazandırmıram, amma bəzi qadınlarımız keçmiş ərlərinin və ya dövlətin verdiyi pula yağı malı kimi baxır…”.
Yerində olan tövsiyyədir, əgər nəzərə alınarsa… İndi yuxarıda qeyd olunan nisyə dəftərinə gülək, yoxsa ağlayaq?!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!