Bakı Enerji Həftəsi çərçivəsində Özbəkistanın “Uzbekneftegaz”şirkətinin İdarə Heyətinin sədri Abdugani Sanginov ilə BANM-in rektoru Elmar Qasımov görüşərək bəzi məsələləri müzakirə ediblər.
Bu barədə rektor öz sosial şəbəkə hesabında məlumat verib.
“Bakı Enerji Həftəsi çərçivəsində Özbəkistanın “Uzbekneftegaz”şirkətinin İdarə Heyətinin sədri Abdugani Sanginov ilə səmərəli görüş keçirdik.
Görüş zamanı SOCAR və “Uzbekneftegaz” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti arasında həyata keçirilən ikili diplom proqramı və gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik.
Qeyd etdim ki, BANM-də təhsil alan özbəkistanlı tələbələr həm yüksək akademik göstəriciləri, həm də universitet həyatında fəal iştirakları ilə seçilirlər. Onların hərtərəfli inkişafı üçün BANM-də müasir tədris və innovativ öyrənmə mühiti mövcuddur.
Abdugani Sanginov BANM-in yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını vurğuladı və hazırda “Uzbekneftegaz”da çalışan BANM məzunlarının peşəkarlığını yüksək qiymətləndirdi”, – deyə rektor qeyd edib.
JASMİN