7 İyun 2026 / 15:32

Ermənistanda Paşinyan və Zelenski arasında paralellər aparılıb

Ermənistanın baş naziri Nikol Paşinyan və Vladimir Zelenski “macəraçılığı və öz ölkələrinin maraqlarına qarşı utanmaz münasibətləri” baxımından çox oxşardırlar.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bunu müxalifət bloku olan “Ermənistan”ın lideri, ölkənin baş nazirliyə namizədi və keçmiş prezident Robert Köçəryan bildirib.

Bu gün Köçəryan jurnalistlərlə söhbətində bildirib. Ondan Paşinyan seçkilərdə qalib gələrsə, Ermənistanın Kiyevin hərbi müttəfiqi ola biləcəyi soruşulub.

Köçəryan cavabında belə düşünmədiyini, amma “Zelenski ilə müqayisənin əslində çox uyğun olduğunu” bildirib.

“Onlar əslində öz ölkələrinin maraqlarına qarşı avantürizmləri və utanmaz münasibətləri baxımından çox oxşardırlar”, – deyə Köçəryan bildirib.

O, erməniləri “itkilər, prinsiplərdən yayınmalar və suverenlik itkiləri zəncirini dayandırmağa” çağırıb və əlavə edib ki, bugünkü səsvermədən sonra respublikada dəyişikliklər gözlədiyini bildirib.

Qeyd edəkki, bu gün – iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə on səkkiz siyasi qüvvə, o cümlədən Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi Partiyası, eləcə də Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” və Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” müxalifət blokları iştirak edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!