Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp İranla razılığa gəlmə prosesində çox yaxşı işlər gördüklərini bildirib və əlavə edib: “Növbəti iki həftə ərzində tam qələbə elan etdiyimiz zaman həqiqətən qalib gəlmiş olacağıq”.
Tezadlar.az xəbər verir ki, prezident Tramp Respublikaçı senator Lindsi Qrem üçün təşkil edilən telekonfransda iştirak edərək seçicilərə İranla bağlı mesajlar çatdırıb.
Tramp İranla bağlı çox yaxşı vəziyyətdə olduqlarını və razılaşma prosesinin yaxşı işlədiyini vurğulayıb və məsələnin tezliklə bağlanacağını bildirib.
ABŞ prezidenti deyib: “Biz çox güclü bir komandayıq və düşünürəm ki, bu müharibədə qalib gəlirik. Növbəti iki həftə ərzində tam qələbə elan etdiyimiz zaman həqiqətən qalib gəlmiş olacağıq”.
O, həmçinin ABŞ-da benzin qiymətlərinin bu proses nəticəsində sürətlə aşağı düşəcəyi mesajını çatdırıb və seçicilərdən Qrem üçün səs vermələrini istəyib.
Prezident Tramp əvvəllər bazar günü özünün Truth Social hesabında İran və İsrail arasında artan gərginliklə bağlı açıqlamalar verərək İsrail və İranı “dərhal” hərbi əməliyyatları dayandırmağa çağırıb.
E.ŞİRİNOV