Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran və İsrail aylarla davam edən döyüşlərdən sonra qarşılıqlı hücumlara başladılar. Bu dəfə Yəməndəki Husilər də müharibəyə qoşuldular. Yəməndən İsrailə doğru ballistik raket atıldı. Husilər həmçinin Qırmızı dənizdəki İsrail gəmilərini hədəfə alacaqlarını açıqladılar.
Tezadlar.az xəbər verir ki, Yəmən İran-İraq müharibəsinə qoşuldu. Husilər İsraili ballistik raketlərlə hədəfə aldılar. Husilərin hərbi qanadı olan Ənsarullah, Bab əl-Məndəb boğazının İsrail gəmiləri üçün bağlandığını açıqladı.
ABŞ-İsrail-İran müharibəsindən yüz gün keçdi. İsrail və İran arasında uzun müddətdir davam edən atəşkəs qüvvədə idi. Lakin gecə ərzində İsraildə yenidən sirenlər səslənməyə başladı. Livana hücumlarına cavab olaraq İran İsraili ballistik raketlər və dronlarla hədəfə aldı.
İranın ardınca Yəməndəki Husilərdən də açıqlama gəldi. Müharibənin başlanğıcından bəri ilk dəfə olaraq İranın dəstəklədiyi qrup İsraili hədəfə aldı.
Husilərin hərbi sözçüsü Yəhya Seri bildirib ki, “Biz İsrailin Livan, İran və Qəzzaya hücumlarına cavab verdik. Raket zərbələri Yəmən Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. Raketlərimiz İsrailin Cəffə bölgəsindəki bəzi həssas hədəflərə dəyib”.
İsrailin açıqlamasında Yəməndən atılan raketlərin tutulduğu və havada məhv edildiyi bildirilib. Bu hücum, ABŞ və Husilər arasında 8 apreldə Yəməndə əldə edilən atəşkəs razılaşmasından bəri İsrailə qarşı ilk Husi raket zərbəsi deməkdir.
Yəhya Seri həmçinin Qırmızı dənizdə İsrail gəmilərini hədəf alacaqlarını bildirib və deyib: “Qırmızı dənizdə İsrailin dəniz fəaliyyətinə qadağa elan edirik. Onlara bütün İsrail fəaliyyətlərinin hərbi qüvvələrimiz üçün hədəf olacağını bildiririk”.
Sözçü əlavə edib ki, onlar İsrailin artan hərəkətlərinə eyni şəkildə cavab verəcəklər və İsrailə qarşı hücumları artıracaqlar.
E.ŞİRİNOV