Bakı Ali Neft Məktəbinin 16 tələbəsinin təhsil haqqı bir qrup xeyriyyəçi xanımlar tərəfindən qarşılanıb.
Bu barədə BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Xeyriyyəçi xanımlar adından çıxış edən Aytən Şirinova və Ülviyyə Həsənova ilə görüşmək və onların bu nəcib təşəbbüsü barədə fikir mübadiləsi aparmaqdan məmnun oldum.
Təhsilə göstərilən diqqət və dəstəyə görə bütün dəyərli xanımlara təşəkkürümü bildirirəm. Bu təşəbbüs gənclərin təhsil imkanlarının genişləndirilməsi və onların gələcək inkişafına töhfə verilməsi baxımından nümunəvi addımdır.
Artıq bir neçə ildir ki, xeyriyyəçi xanımlar tələbələrimizə dəstək olur və bu gözəl ənənə BANM-də davam etdirilir. İnanıram ki, bu gün dəstək alan tələbələrimiz gələcəkdə uğurlu mütəxəssis kimi formalaşaraq özləri də belə sosial təşəbbüslərə qoşulacaq, cəmiyyətə fayda verməyə çalışacaqlar.
Tələbələrimizə göstərilən qayğı və etimada görə xeyriyyəçi xanımlara bir daha təşəkkür edirəm”, – deyə rektor qeyd edib.
JASMİN