Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nyu-Yorkun “Comex” birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb.
Tezadlar.az xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 03:23-ə olan məlumata görə, qızılın qiyməti 2,66 % azalaraq troya unsiyası üçün 4 247,2 dollar təşkil edib.
Saat 03:28-ə (Bakı vaxtı ilə -red) olan məlumata görə, eniş yavaşlayıb və fyuçers müqaviləsinin qiyməti unsiyası üçün 4247,7 dollar (-2,65%) təşkil edib.
Xatırladaq ki, “Comex” birjasında 2026-cı ilin aprel ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 2 fevral 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 4 450 dollardan aşağı olub.