Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 07:57

Əraqçi: Silahlı Qüvvələrimiz heç bir hücum və ya təhdidi cavabsız qoymayacaq

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, “Döyüş meydanındakı məğlubiyyətlərə baxmayaraq, ABŞ qətiyyətimizi sınamağı seçib. Güclü silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq”.

Tezadlar.az xəbər verir ki, Əraqçi bu açıqlamanı ABŞ-da yerləşən bir şirkətin sosial media hesabında ABŞ-ın İranın cənubuna hücumları ilə bağlı verib.

Əraqçi açıqlamasında qeyd edib: “Döyüş meydanındakı məğlubiyyətlərə baxmayaraq, ABŞ qətiyyətimizi sınamağı seçib. Güclü silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq”.

ABŞ-ın “təhlükəsiz olmaq istəyirsə”, regionu tərk etməli olduğunu vurğulayan Əraqçi əlavə edib ki, “Fars körfəzinin tarixində bölgəyə icazəsiz daxil olan əcnəbilərin acınacaqlı taleyi haqqında bir çox fəsil var”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!