Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ hərbi helikopterinin vurulmasına cavab olaraq İrana qarşı başladılan özünümüdafiə hücumlarının başa çatdığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, ABŞ ordusundan İrana edilən son hücumlarla bağlı yeni bir açıqlama yayılıb. CENTCOM-un açıqlamasında ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ hərbi helikopterinin vurulmasına cavab olaraq İrana qarşı başladılan özünümüdafiə hücumlarının başa çatdığı bildirilib.
Açıqlamada əlavə edilib ki, Hörmüz boğazı yaxınlığında hava hücumundan müdafiə, yerüstü nəzarət və radar infrastrukturu hədəfə alınıb və “Bu əməliyyat ABŞ qüvvələrinə və regional sulardan keçən beynəlxalq ticarət gəmilərinə edilən son hücumlara mütənasib bir cavab idi. ABŞ qüvvələri İranın əsassız təcavüzünə qarşı ayıq qalacaqlar”
Qeyd edək ki, Tramp dünən qisas siqnalı verib. Dünən ABŞ prezidenti Donald Tramp İran ordusunun Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan AH-64 Apache hücum helikopterini vurduğunu iddia edib. Tramp “ABŞ bu hücuma cavab verməlidir” demişdi.
Trampın açıqlamalarından sonra ABŞ ordusu İrana yeni hücumlar edib. Mərkəzi Komandanlıq (CENTCOM) ABŞ hərbi helikopterinin vurulmasına cavab olaraq özünümüdafiə məqsədilə İrana qarşı hücumların başladığını açıqlayıb. İran mediası hücumları təsdiqləyərək, Hörmüzqan əyalətinin şərq bölgələrində və Qeşm adası yaxınlığında partlayış səslərinin eşidildiyini bildirib.
E.ŞİRİNOV