Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 08:26

Tramp ailəsi kriptovalyuta layihələrindən bu qədər qazanıb

Maraqlıdır, ABŞ Prezidenti Donald Trampın ailəsi onun ikinci prezidentlik müddətinin başlanmasından bəri kriptovalyuta ilə bağlı layihələrdən azı 2,3 milyard dollar gəlir əldə edib. Tezadlar.az reuters- ə istinadla bildirir ki, Tramp ailəsinin kriptovalyuta sahəsindəki dörd əsas layihədən nə qədər gəlir əldə etdiyini, bu layihələrə nə qədər vəsait yatırdığını və xarici investorlar

üçün nəticələrin necə olduğunu təhlil edib. Məlum olur ki, aprelin sonuna qədər Tramp ailəsi kriptovalyuta layihələrindən demək olar ki, heç bir risk olmadan 2,3 milyard dollar qazanıb. Eyni dövrdə digər investorlar da təxminən 2,3 milyard dollar həcmində zərər və ya potensial itkilərlə üzləşiblər. Tramp ailəsinə gəlir gətirən şirkətlər arasında “World Liberty Financial”, “AI Financial Corp” və “American Bitcoin” yer alır. Xüsusilə “World Liberty Financial” token satışlarından təxminən 1,4 milyard dollar gəlir əldə edib. Agentlik qeyd edir ki, layihələrin həyata keçirilməsində Donald Trampın oğulları Erik Tramp və Donald Tramp Jr. da iştirak edirlər.

Demək, prezident ailəsi öz zəhməti ilə puallar qazanıb…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!