Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 09:03

İran Bəhreyndəki ABŞ dəniz donanmasını hədəfə aldı

İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndə ABŞ-ın 5-ci Donanmasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu ABŞ-ın ölkənin cənubuna hücumları ilə bağlı açıqlama yayıb.

Açıqlamada ABŞ-ın Cask, Sirik və Qeşmdə müxtəlif yerlərə “saxta bəhanələr”lə hücum etdiyi, Sirikdə isə iki su çəninin vurulduğu və bir rabitə qülləsinin zədələndiyi bildirilir.

Açıqlamada əlavə edilib ki, bu hücumlara cavab olaraq İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri yerli vaxtla səhər saat 2:30-da Bəhreyndə ABŞ-ın 5-ci Donanmasına PUA-larla hücum edib.

Açıqlamada ABŞ qüvvələri ilə toqquşmaların davam etdiyi və İnqilab Keşikçiləri Korpusu bölmələrinin hücumlara cavab verdiyi bildirilir və ABŞ tərəfinin hücumlarını davam etdirəcəyi təqdirdə daha ağır cavabların veriləcəyi vurğulanır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!