Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Konqo Demokratik Respublikasında “Ebola” qızdırmasından laboratoriya yolu ilə təsdiqlənmiş ölüm hallarının sayı 115-ə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media İşləri üzrə nazirliyi bildirib.
Qurumun məlumatına əsasən, indiki epidemiya zamanı “Ebola” virusu ilə yoluxanların sayı 598 nəfərə çatıb. Bir gün əvvəl bu göstəricilər 101 ölüm hadisəsi və 550 yoluxma təşkil edirdi.
Hazırda tibb müəssisələrində 297 xəstə müalicə alır. Ölüm nisbəti 19,2 % təşkil edir.
Xəstəliyin yayılması İturi, Şimali Kivu və Cənubi Kivu vilayətlərindəki 25 rayonu əhatə edib. Son sutkada infeksiyanın yayılma zonasından kənarda yeni yoluxma halı qeydə alınmayıb.
Hakimiyyət orqanları yoluxmuş şəxslərlə təmasda olmuş insanların aşkarlanması üzrə işləri davam etdirir. Təmasların izlənilməsi göstəricisi 56,3 % təşkil edir.
Xatırladaq ki, “Ebola” qızdırmasının indiki epidemiyası mayın 15-də Konqo Demokratik Respublikası və Uqandada başlayıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, son onilliklər ərzində ən genişmiqyaslı və ən ölümcül epidemiyalardan birinə çevrilə bilər.