Bakı Ali Neft Məktəbi ilə Azər-Türk Bank arasında Anlaşma Memorandumu imzalayıb.
Bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
“Bakı Ali Neft Məktəbi ilə Azər-Türk Bank arasında Anlaşma Memorandumu imzaladıq. Memorandum BANM tələbələrinin Azər-Türk Bankda istehsalat təcrübəsi keçməsi, tələbə və məzunlarımız üçün məşğulluq imkanlarının yaradılması, həmçinin tərəflər arasında digər əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsini nəzərdə tutur.
Azər-Türk Bank əməkdaşlarımızın və tələbələrimizin xidmətlərindən məmnunluqla istifadə etdiyi etibarlı tərəfdaşlarımızdan biridir. İnanıram ki, bu əməkdaşlıq tələbələrimiz üçün yeni təcrübə və karyera imkanlarının yaradılmasına, onların bankın təqdim etdiyi imkanlardan daha geniş şəkildə faydalanmasına mühüm töhfə verəcək.
Azər-Türk Bankın İdarə Heyətinin sədri Günel Nəbiyevaya və bankın kollektivinə əməkdaşlığa göstərdikləri marağa görə təşəkkür edir, birgə fəaliyyətimizin uğurlu nəticələr verəcəyinə inanıram”, -deyə rektor qeyd edib.
JASMİN