Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 17:05

Trampdan İrana hədə: “Yeni hücumlar əmr edə bilərəm”

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran razılığa gəlmək üçün “çox vaxt itirib” və buna görə də “bədəlini ödəməli olacaq”.

Tezadlar.az xəbər verir ki, Tramp bu açıqlamanı sosial media hesabında verib.

İranın ordusunun, donanmasının və hava qüvvələrinin “artıq mövcud olmadığını” bildirən Tramp şərhində “Onlar tamamilə məğlub olublar. İrandan yalnız danışıq var, heç bir hərəkət yoxdur. Yaxın Şərqin zorakısı ölüb” deyib.

Tramp əlavə edib ki, “Onlar üçün böyük bir razılaşma əldə etmək üçün çox vaxt sərf ediblər və indi bunun bədəlini ödəməli olacaqlar”.

“Yeni hücumlar əmr edə bilərəm” mesajı

Prezident Trampın çıxış etdiyi xəbər kanalı “Fox News” bildirib ki, “Tramp İrana qarşı yeni hücumlar əmr etməyə yaxın olduğunu bildirib. Hədəflər İran elektrik stansiyaları və körpüləridir”.

Tramp və ABŞ ordusu ABŞ-ın Apaçi helikopterinin vurulmasına cavab olaraq gecə yarısından sonra İrana qarşı cavab hücumları başlatdıqlarını açıqlayıblar.

İran İnqilab Keşikçiləri Korpusu da ABŞ-ın hücumlarına cavab olaraq bölgədəki ABŞ bazalarını hədəf aldığını açıqlayıb.

ABŞ ordusu səhər saat 5:00 radələrində İrana qarşı hücumların başa çatdığını elan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!