11 İyun 2026 / 06:33

İran Hörmüz boğazını bütün gəmilər üçün bağladı

İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olan Xatəmül-Ənbiya Qərargahı ABŞ-ın boğazın ətrafındakı ərazilərə hücumlarından sonra Hörmüz boğazının bağlandığını elan edib.

Tezadlar.az xəbər verir ki, Xatəmül-Ənbiya Qərargahı Hörmüz boğazı ilə bağlı açıqlama verib.

Açıqlamada deyilirdi: “Bölgədəki təhlükəsizliksizlik səbəbindən Hörmüz boğazı artıq neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla bütün növ gəmilər üçün bağlıdır və keçid cəhdlərinin qarşısı alınacaq.”

Bu xəbərdarlıqdan sonra İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazından qanunsuz keçməyə çalışan iki gəmini vurduğunu açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ prezidenti Donald Trampın əmri ilə İrandakı çoxsaylı hədəflərə qarşı “özünümüdafiə” hücumlarına başladığını və cənubi İran bölgələrinin ABŞ hücumlarının hədəfinə çevrildiyini açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!